Qusarda traktor sürücüsü Samur-Abşeron kanalına düşüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Qusar rayonun Urva-Palasa kəndində qeydə alınıb.

Qusarın Əcəxur kənd sakini Nəbiyev Dəyanət Didar oğlu idarə etdiyi "T 25" markalı traktorla idarəetməni itirərək Samur-Abşeron kanalına düşüb. Hazırda həmin şəxsin axtarışları davam etdirilir .

Faktla bağlı araşdırmalar aparılır.