Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək. 

Unikal.org  Apasport.az saytına istinadən xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada "Realla "Liverpul üz-üzə gələcək.

 Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən "kral klubu, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan "qırmızılar...
12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan "kral klubu ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədisə, ÇL-in beşqat qalibi "Liverpul möhtəşəm hücum "triosunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.

 Rəqibindən fərqli, "Real Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. "Liverpulda isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.

 

 UEFA Çempionlar Liqası

Final

 26 may

22:45. "Real (İspaniya) - "Liverpul (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu