Şəmkir rayonunda yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, mayın 25-də Şəmkir rayonunun Keçili kənd sakini Yelmar Nəsibli idarə etdiyi "VAZ-2107 markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.