Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.

Unikal.org xəbər verir ki, təbrikdə Aİ-nin Azərbaycanda akkreditasiya olunmuş 20 ölkənin diplomatik missiyaların rəhbərləri və qurumun Bakıdakı nümayəndəsi öz təbriklərini çatdırıblar.

Diplomatlar təbriklərini Azərbaycan dilində səsləndiriblər: "Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan".