Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, Şamaxı-İsmayıllı yolunda 10-EF-015 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişin, 1968-ci il təvəllüdlü Xudiyeva Almaz Firqət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı sonradan Bakıya aparılıb.

 Faktla bağlı araşdırma aparılır.