Ləpələr insan orqanizmi üçün çox faydalıdır. Mütəxəssislər gündə bir ovuc ləpənin yeyilməsinin insanı tox tutacağını bildirirlər.

Bəs bir ovuc badamın faydaları nədir?

Ürək xəstəlikləri riskini azaldır - Ürək xəstəliklərinin ən böyük səbəbi qandakı xolestrolun yüksək səviyyəsidir. Hər gün 20 badam yemək bu səviyyəni tənzimləyir və ürək xəstəliyi riskini azaltmış olur.

Dərini qoruyur - Günəşin ultrabənövşəyi şüaları, stres dərinin daha tez yaşlanmasına səbəb olur. Badamın tərkibindəki E vitamini sərbəst radikallarla mübarizə aparır, nəm səviyyəsini qoruyur və dərinin canlanmasına kömək edir.

Arıqladır - Badam qan şəkərini tənzimləyir, insana daha uzun müddət ərzində tox qalmağa kömək edir.

Təzyiqi salır - Yüksək qan təzyiqi infarkt, insult kimi dəhşətli fəsadlara yol aça bilər. Badam tərkibindəki maqnezium sayəsində bu risklərə qarşı immuniteti daha dözümlü edir. Ancaq təzyiqin yüksəlməməsi üçün qovrulub, duzlanmamış badamları seçin.

Sümükləri gücləndirir - Xüsusi ilə süd məhsulları ilə arası olmayanlar badamla kalsium əksikliyini nisbətən aradan qaldıra bilərlər.