Ukraynalı məşqçi Roman Qriqorçukun "Qəbələ karyerası sona çatıb.

Unikal.org xəbər verir ki, bunu Qriqorçukun özü ölkə kubokunun "Keşlə" ilə final oyunundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Finalda 0:1 hesablı məğlub olan və bu mövsüm də titulsuz qalan "qırmızı-qaraların çalışdırıcısı ölkəmizdən ayrılmağa qərar verib.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından "Qəbələnin baş məşqçisi idi. O burda işlədiyi müddətdə "Qəbələ"yə titul qazandıra bilməsə də, iki dəfə komandasını UEFA Avropa Liqasının qrup mərhələsinə salmağı bacarıb.

Onu da bildirək ki, cari mövsüm başa çatdıqdan sonra Premyer Liqa klublarından üçüncüsündə qeydə alınan baş məşqçi istefasıdır. Daha əvvəl Samir Abbasov "Sumqayıt"dan ayrıldığını açıqlayıb, Samir Əliyev isə "Səbail"dəki vəzifəsindən azad olunub.