İngiltərə millisinin və "Çelsinin sabiq futbolçusu Frenk Lempard baş məşqçi təyin olunub.

Unikal.org xəbər verir ki, Çempionşip təmsilçisi "Derbi Kauntri komandanın "sükanını keçmiş yarımmüdafiəçiyə həvalə edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Karyerası ərzində "Vest Hem, "Çelsi, "Suonsi, "Mançester Siti kimi komandalarda top qovmuş Lempardın futbolçu kimi son iş yeri MLS təmsilçisi "Nyu-York Siti olub.

"Derbi Kauntri Çempionşipin son mövsümünü 6-cı pillədə başa vurub.