Xəbər verdiyimiz kimi "Sirdaş Rövşanə  verilişində "N-brothers qrupunun rəhbəri Namiq Qafarov və müğənni Tural Qismət arasında qalmaqal yaşanıb.Gərginliyə səbəb isə Tural Qismətin "N-brothers qrupunu 10 manatlıq qrup adlandırması olub:"Hörmətsizlik edirlər. Bu da İllərin Namiqi... "N-brothers brend deyil. Brend Zeynəb Xanlarovadır.

Qalmaqalla bağlı Unikal.org-a açıqlama verən müğənni Tural Qismət bu gün Azərbaycan musiqisində brend müğənni  olmadığını iddia edir:

"Azərbaycanda hər yerindən duran, 3-5 gün efirə çıxan o adam brend müğənni ola bilməz.O adı qazanmağa illər lazımdır.Azərbaycan musiqisinin brendi deyəndə Zeynəb Xanlarova, Flora Kərimova, Rəşid Behbudov yada düşür.Efirin boş olan vaxtı Namiqin qrupu efirə çıxıb, populyar olublar.Bu o demək deyil ki, Namiq brenddir.O adam nəsə etməlidir ki, ondan sonra sənəti qalsın brend olsun.Müasir estradamızda ancaq Röya brend ola bilər.Gənc müğənnilərdən kimsə özünə brend deyirsə, bu düşüklükdür".