Azərbaycan prezidenti İlham Əliyev İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.