Dünya çempionu Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018 davam etdiyi dövrdə yığmanın düşərgəsində sərt qaydalar tətbiq edəcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Xəbərdə Lövün mundial günlərində futbolçularına spirtli içkiləri, seksi və sosial mediadan istifadəni qadağan etdiyi bildirilib.

Spirtli içkilər tam qadağan olmayacaq. Belə ki, futbolçulara yatmazdan öncə bir qədəh şərab içməyə icazə veriləcək. Ancaq bundan artığına qətiyyən icazə verilməyəcək. Sosial şəbəkələrdən isə oteldə və paltardəyişmə otağında icazə verilməyəcək. Belə ki, oyunçuların bu yerlərdən paylaşıb etməsi qəti qadağan olunub. Bu qərara səbəb, komandanın taktikasının sızdırılmamasıdı.

Almaniya yığması bu il dünya çempionu olsa, Braziliyadan sonra (1958-1962) bunu bacaran ilk milli olacaq.