Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə qızı Dənizlə yeni fotosunu paylaşıb.

Unikal.org-un məlumatına görə, müğənni qızının timaslında bütün körpələri 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.

O, fotoya "Həyatın ən əziz varlıqları- balalarımız! Sizin gününüz tək bu gün deyil, sizin varlığınız valideynlər üçün hər gün bayramdır- şərhini yazıb.

Qeyd edək ki, Xanbabayeva son illər mediadan uzaq gəzir və şəxsi həyatı haqda heç bir açıqlama vermir. Bununla yanaşı o, qızı Dənizi də mediadan uzaq saxlayır.