"Maşın şoununu bu günkü buraxılışı da qalmaqalsız ötüşməyib.

Unikal.org-un məlumatına görə, şounun iştirakçıları teleaparıcılar Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında baş verib.

Qalmaqal aktyor Cavidan Novruzla Aytən Səfərova arasında mübahisədən yaranıb.

Mətanət Cavidana "Aytən kimdir ki, ona görə əsəbiləşirsən? fikrini səsləndirib və bu da efirdə yayımlanıb. Bu zaman Mətanət söz istəyib. O, bildirib ki,b ura "Maşın şoudur. Mən burda əylənir, şpakat açıram: "Hətta mən ayağımı başıma da qaldırıram. Bu gimnastikanın bir növüdür. Gimnastikada Azərbaycanda ən yüksək inkişaf etmiş idman növüdür. Mən zarafatcıl insanam və bundan sonra da belə olacaq. Bəziləri kimi mıx kimi durub yerimdə qalmayacam.

Aytən Səfərova isə Mətanətə cavabında bunları bildirib: "Sən məni yaxşı tanıyırsan. Sənin bu addımına görə səni müdafiə edib işdən getmişəm.

Şounun aparıcısı Murad Dadaşov iştirakçılara iradını bildirib və şəxsi məsələlərini müzakirə etməyin düzgün olmadığını qeyd edib.

Qeyd edək ki, Mətanət Əliverdiyeva ANS kanalından sonra ATV-də işə düzəlmişdi. O, aparıcısı olduğu "Gündəlik proqramında şpaqat açımış, tənqidlərə məruz qalmışdı. Bundan sonra ANS TV Mətanətlə bağlı tənqidi süjet yayımlamışdı. Aytən Səfərova isə həmin dövrdə kanala etiraz edərək işdən ayrılmışdı.