Azərbaycan Premyer Liqasında çıxış edən klublar artıq növbəti mövsüm üçün transfer çalışmalarına start veriblər.

Unikal.org klubların heyətində mövsümlərarası fasilədə baş verən dəyişiklikləri təqdim edir:

Qarabağ
Gələn: Elşən Abdullayev ("Zirə": icarədən qayıdıb)
Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan: icarə müddəti başa çatıb), Ramil Şeydayev (icarə müddəti başa çatıb), Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov (müqavilələri başa çatıb)
Müqavilə müddətini artıran: yoxdur

Qəbələ
Gələnlər: Sənan Qurbanov (baş məşqçi), Araz Abdullayev ("Anortosis, Kipr: icarədən qayıdıb)
Gedənlər: Roman Qriqorçuk (baş məşqçi), Dion Malon, Vitali Vernidub, Ruslan Qurbanov, Famussa Kone
Müqavilə müddətini artıran: Dmitri Bezotosnı

Neftçi
Gələn: yoxdur
Gedən: Tərlan Əhmədov (baş məşqçi), İqnasio Errera
Müqavilə müddətini artıran: yoxdur

Zirə
Gələn: yoxdur
Gedən: Milan Duriç, Yovan Krneta, Viktor İqbekoyi, Orxan Əliyev, Aleksandr Şemonayev, Comal Uilyams, Yani Urdinov, Elşən Abdullayev
Müqavilə müddətini artıran: yoxdur

Sumqayıt
Gələn: yoxdu
Gedənlər: Samir Abasov (baş məşqçi), Amil Yunanov
Müqavilə müddətini artıran: Vurğun Hüseynov, Cavid Tağıyev

Keşlə
Gələn: yoxdur
Gedən: yoxdur
Müqavilə müddətini artıran: yoxdur

Səbail
Gələn: Aftandil Hacıyev (baş məşqçi), Rahid Əmirquliyev (Qarabağ), Ağabala Ramazanov (Qarabağ), Şəhriyar Rəhimov (Kəpəz)
Gedənlər: Samir Əliyev (baş məşqçi), Yevgeni Koçuk ("Jilina, Slovakiya: icarə müddəti başa çatıb), Faruk Miya ("Standard, Belçika: icarə müddəti başa çatıb), Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Vüqar Nadirov, Ruslan Əmircanov, Pərviz Qaraxanov
Müqavilə müddətini artıran: yoxdur

Kəpəz
Gələn: yoxdur
Gedən: Dario Federiko, Şəhriyar Rəhimov (Səbail)
Müqavilə müddətini artıran: yoxdur

Sabah
Gələn: yoxdur
Gedən: Arif Əsədov (baş məşqçi)
Müqavilə müddətini artıran: yoxdur