2019/2020 mövsümündən başlayaraq İspaniya kuboku fərqli formatda keçiriləcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası yayıb. Komandalar 1/4 finala qədər cəmi bir dəfə üz-üzə gələcəklər.Yalnız 1/4 final və yarımfinal qarşılaşmalarında komandalar ev-səfər sistemi ilə mübarizə aparacaqlar.

Hazırkı formata görə, komandalar 1/16 final mərhələsindən başlayaraq 2 oyundan sonra qalibi müəyyənləşdirirlər.