Nigeriya yığmasının DÇ-2018-də geyinəcəyi forma satışa çıxarılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, formalar satışa çıxarılandan cəmi 3 dəqiqə sonra tamamilə satılıb qurtarıb. Bu barədə məlumatı formaları satışa çıxaran kompaniyanın mətbuat xidməti yayıb.

Məlumata görə, "Nike istehsalı olan formaların kişilər və qadınlar üçün olanları tam satılıb. Yalnız uşaqlar üçün olan formalardan qismən qalıb.

Nigeriya Futbol Federasiyası 3 milyon forma sifarişi aldıqlarını bildirib.

Nigeriya yığmasının D qrupundakı rəqibləri İslandiya, Xorvatiya və Argentinadır.