"Sumqayıt" futbolçusu Rail Məlikovla müqaviləni yeniləyib.

Unikal.org xəbər verir ki, bu barədə qol.az-a 32 yaşlı müdafəçi özü məlumat verib. Millimizin sabiq üzvü daha 1 il "Sumqayıt"da çıxış edəcək.Qeyd edək ki, karyerası ərzində "Bakı", "Neftçi" "Qəbələ", "Dənizlispor" və AZAL-ın da formasını geyinnən R.Məlikov 2016-cı ildən "Sumqayıt"da oynayır. 

Xatırladaq ki, "Sumqayıt" Vurğun Hüseynov, Cavid Tağıyev və Bəxtiyar Həsənalızadə ilə də müqaviləni uzadıb.