Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ bu gün ikinci transferini rəsmiləşdirib.

Unikal.org xəbər verir ki, komanda gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə "Neftçidə başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında "Səbailə keçib.

Rahil Məmmədov "Neftçi formasıyla 43, "Səbailin heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.