İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldo aldığı əmək haqqı 4 dəfə artırılacağı təqdirdə daha üç il Madriddə qalmağa hazırdır.

Unikal.org  xəbər verir ki, bu barədə "Corriere dello sport" nəşri yazıb.

Müddəti 2021-ci ildə bitəcək hazırkı müqaviləyə görə, Ronaldonun əmək haqqı ildə 21 milyon avrodur.

Ronaldo öz agenti Jorj Mendeşdən klub prezidenti Florentino Peresə ildə 80 mln. avro əmək haqqı müqabilində, həm də azı üç illik müqavilə bağlanması şərti ilə Madriddə qalmağa hazır olduğunu çatdırmağı xahiş edib.

Belə olan halda, yeni müqavilə "qaymaqlar"a 240 mln. avroya başa gələ bilər.