Yeni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev daha bir rəhbər şəxsi tutduğu vəzifədən azad edib. 

Unikal.org-a daxil olan məlumata görə, İsmayıllı Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Sahil Babayevin müvafiq əmri ilə Qadir Əbdüləzizov təyin edilib. 

Qeyd edək ki, işdən çıxarılan H.Həsənov şair, hazırda səhhətində problemlər olan Musa Yaqubun bacısı oğludur.

11:08

Famil Fərhadoğlu