"Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo erməni futbolçu Henrix Mxitaryanın komandada möhkəmlənə bilməməsinin səbəbləri barədə danışıb.

Unikal.org xəbər verir ki, Mourinyo Mxitaryanın zəif xarakterə sahib olduğuna işarə edib. O, erməninin intensivliyə uyğunlaşa bilmədiyini vurğulayıb:

"Əsas heyətə düşməyə çətinlik çəkən futbolçunu saxlamaq çox çətindi? Çətin yox, mümkünsüzdü. Futbolçunun əsas heyətdən kənarda qalmasına göstərdiyi münasibət onun xarakterindən asılıdı.

Mxitaryan reallığı başa düşdü və bildi ki, bu səviyyəyə uyğun gəlmir. Ona belə intensivliyə adaptasiya olmaq çox çətin idi. Çünki oyunlar arasındakı fasilə olduqca az idi.