İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.

Unikal.org  "Marca"ya istinadən xəbər verir ki, cinayətkarlar cütlüyün evindən zinət əşyaları, saatlar və bəzək əşyaları götürüblər.

Oğrular hadisə zamanı evdə heç bir iz qoymayıblar. Bu isə hüquq-mühafizə orqanlarının işinə çətinlik yaradıb. 

Pike İspaniya milli komandasının düşərgəsində olduğu üçün evdə olmayıb. Onun həyat yoldaşı Şakira isə Almaniyada qastroldadır. Pike soyğunçuluğa görə polisə müraciət edib.