Xəbər verdiyimiz kimi, prodüser Tolikə (Tarix Əliyev) ad günündə ağ "Gelandewagen hədiyyə edilib.

Unikal.org xəbər verir ki, sosial şəbəkədə Tolikin avtomobilini nümayiş etdirərkən bir nüans diqqəti çəkib. Belə ki, prodüserin 90-EF-300 dövlət nömrə nişanınlı avtomobilində defis işarəsinin olmaması böyük maraq yaradıb. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu addımın qanun pozuntusu olduğunu qeyd edir:

"Bu dövlət nömrə nişanlarının standartlarına müdaxilədir. Avtomobilin dövlət nömrə nişanında defis işarəsi olmayan şəxslər 50 manat cərimələnir. Bu qanuna əməl etmək hər kəsin borcudur. Əgər o avtomobil nömrəsində defisi silibsə, bilmirəm nəyə görə belə edib. Tolik hər zaman yol hərəkəti qaydalarını pozanları aşkar etdikdə bizə dərhal məlumat verib. Biz də həmin şəxslər barəsində təsirli tədbir görmüşük. Tolik qanunları sevən oğlandır. İnanıram ki, Tolik qısa zamanda nömrəsində olan bu çatışmazlığı aradan qaldıracaq".