Braziliya yığmasının vingeri Duqlas Kosta karyerasını yenə də A seriyasında davam etdirəcək.

Unikal.org xəbər verir ki, "Yuventus Duqlasın transfer hüququna sahib çıxıb. Müqavilə ilə "Bavariyaya məxsus olan futbolçu "Yuvedə icarə əsasında çıxış edirdi.

Turin nəhəngi onun müqavilə hüququnu almaq üçün "Bavariyaya 40 milyon avro ödəyib. Məbləğ 2 il müddətində ödəniləcək.

"Bavariya daha 1 milyon avronu bonus şəklində əldə edə bilər. Futbolçu ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Duqlas "Yuventusdakı debüt ilində 47 oyun keçirib, 6 qol vurub, 14 qol ötürməsi edib.