Qana hakimiyyəti ölkənin futbol federasiyasını buraxıb.

Unikal.org xəbər verir ki, buna səbəb federasiyanın fəaliyyəti haqqında çəkilmiş film olub. Jurnalist Anas Aremeyau Anasın çəkdiyi filmdə federasiyanın korrupsiya əməlləri ifşa olunub.

Filmdə Qana Futbol Federasiyasının prezidenti Kvesi Nayantaki və digər funksionerlərə qarşı ittihamlar irəli sürülüb. Bundan sonra ölkə hakimiyyəti federasiyanın buraxıldığını bildirib.

İnformasiya nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, federasiyanın yeni rəhbərliyi formalaşana qədər atılacaq addımlarla bağlı əlavə məlumat veriləcək.

FİFA-nın məsələ ilə bağlı mövqeyi hələ açıqlanmayıb.