"Xanımlar və cənablar - 2 devizi ilə yayımlanan "Maşın realiti şousunda növbət səsvermə günü baş tutub.

Unikal.org xəbər verir ki, bu dəfə qutudan ən çox fotosu çıxan şəxs Roza Zərgərli olub.

Üçüncü dəfə səsverməyə çıxan Zərgərliyə yaxın dostu, reper Uran, Hüseyn Əzizoğlu və Rahidə Baxışova dəstək olaraq müğənniyə səs istəyib.

Şounun gedişi zamanı Roza hədəfinin Aytən Səfərova olduğunu deyib.

Sonda Zərgərli 63,12 % səs toplayaraq şouda qalıb. O, yarışmadan Ruhəngiz Musəvini çıxarıb.