Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Unikal.org bax.tv-yə istinadən xəbər verir ki, ötən gün rəsmi yayılan xəbərdən sonra, bu gün sosial şəbəkədə (facebook.com) Yusif Rəhmanov adlı istifadəçi video yayıb və bu videoda Azərbaycan ordusunun Günnüt kəndinin azad edilməsi ilə bağlı olduğunu vurğulayıb.