Bu il Naxçıvan Muxtar Respublikasında növbəti "Heydər Əliyev Kuboku turniri təşkil ediləcək.

Unikal.org xəbər verir ki, ardıcıl 3-cü ildi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimi xüsusi günə təsadüf edəcək.

Tədbir 15 iyun - Milli Qurtuluş Gününə təyin edilib (saat 17:30). Açılış mərasimində Elton və Cənubi Azərbaycanda çox tanınan Əli Pormehr iştirak edəcək. Eyni zamanda, müxtəlif səhnələrdən ibarət açılış mərasimi təşkil olunacaq.

Turnirdə yerli "Araz Naxçıvanla yanaşı, MOİK, "Zaqatala və "Şüvəlan klubları iştirak edəcəklər.