Əməkdar artist Abbas Bağırov ata olacaq.

Unikal.org xəbər verir ki, bu barədə sənətçinin özü "Maşın" realiti-şousunda məlumat verib.

"Əgər mən bu maşını qazansaydım bir nəfərə hədiyyə edəcəkdim. Həmin şəxs mənim oğlum idi. Heç bir yerdə bu barədə danışmamışam. İnşallah oğlum olacaq. Bu maşını qazanmasam da, yavaş-yavaş pul yığıb, övladıma maşın alacam" deyə sənətçi qeyd edib.

Qeyd edək ki, şouda blogger Hüseyn 60,30 faiz səslə qalib gələrək müğənni Abbas Baırovu maşının ətrafından uzaqlaşdırdı.