Ötən gün gecə saatlarında Quba rayonun Zərdabi kənd sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə,Bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. "İsti izlərlə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq qısa vaxta müəyyən edilərək polis şöbəsinə gətirilib. Araşdırma zamanı o, törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.