ATV-də  "Xanımlar və cənablar - 2 devizi ilə yayımlanan "Maşın realiti-şousunun bugünkü canlı yayımı zamanı problem yaranıb.

Unikal.org xəbər verir ki, verilişin canlı yayımı dayanıb, əvəzində isə reklamlar nümayiş olunub. Bu hal  1 saata yaxın yaşanıb.

"Maşının İnstaqram rəsmi hesabında aparıcı Murad Dadaşovun videomüraciəti yayılıb.

O, verilişin yayımında texniki problemlər yaşandığını qeyd edib.

Hazırda  canlı yayım bərpa olunub.