Türkiyəli aktrisa Leyla Bilginel ölümcül xəstəliyə tutulub.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa həşərat dişləməsi nəticəsində "Danq humması adlı virusa yoluxub. Aktrisa öz şəxsi hesabından izləyiciləri ilə ağır gününü paylaşıb:

"5 gündür xəstəyəm. Dişlərim bir-birinə dəydiyi üçün çox danışa bilmirəm. Bura gələnlər diqqətli olsun. Bir həşərata görə ölümcül xəstəliyə yoluxmuşam. Həşərat həyatımı alt-üst edib.

Qeyd edək ki, Leyla oğlu ilə birgə 3 il əvvəl Taylanda köçmüşdü.