Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

Unikal.org xəbər verir ki, Kremldə keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında münasibətləri müzakirə ediblər.

V. Putin Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib: "O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik".