SON XƏBƏRLƏR
25 Sentyabr 2018
İlham Əliyev: "Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır"
SİYASƏT 15:40 / 13.06.2018
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirdikləri görüşdə iki ölkə arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd ediblər.

Bu barədə Unikal.org  "RİA Novosti"yə istinadaən məlumat verir.

"Ötən il ərzində ticarət dövriyyəsində34,4% artım qeydə alınıb, bu ilin birinci rübündə isə daha 19% artım olub. Başqa sözlə, bu, çox yaxşı tempdir, bunu davam etdirməliyik. Siyasi tərkibə gəlincə, burada hər şey sabitdir, parlamentlər xətti ilə daimi əlaqələr mövcuddur, ictimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sozo görməyimə şadam", - V.Putin bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırdığını qeyd edib.