Bakıda boya sexində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğın məhdudlaşdırılıb. Nazirlikdən bildirilib ki, ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.