SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Deputatlar jurnalistin təhqir olunmasını pislədilər – “Ailəsinə rəva bilmədiyi sözü başqasına niyə deməlidir”
CƏMİYYƏT 17:34 / 13.06.2018
Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ziyalılar adi insanlar generalın bu addımını pisləyiblər.

Unikal.org  xəbər verir ki, Bizim Yol məsələ ilə bağlı bir sıra millət vəkillərinin ziyalıların mövqeyini öyrənib.

Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında bu hadisədən təəssüfləndiyini bildirib:

"Jurnasiltlər cəmiyyətin güzgüsüdür. Belə tanınan və öz sözünü demiş bir jurnalisti təhqir etmək qətiyyən olmaz. Ümumiyyətlə istənilən məmur, istənilən şəxs jurnalistlərlə davranış qaydalarını bilməli, onlarla rəftarına danışığına diqqət etməlidir. Konkret olaraq Ərziman Əliyevin Əli Cahangiroğlunu təhqir etməsinə ona ağır söyüşlər söyməsinə bu biabırçılıqdır. Mən Ərziaman Əliyevi tanıyıram və ona üzümü tutub deyirəm ki, o jurnalistdən üzr istəsin, sizin saytdan üzr istəsin və məsələ böyüməsin. Üzr istəməyin özü də böyüklükdür.”

Digər millət vəkili, Ağsaqalar Şurasının sədri Fəttah Heydərov da jurnalisti təhqir etməyin yanlış addım olduğunu bildirib:

"Nəyinki jurnalisti heç kimi təhqir etmək olmaz. Bu düzgün addım deyil. Hər bir kəs jurnalistlərə hörmət etməli onlarla yaxşı rəftar etməlidir. Generalın bu addımı düzgün deyil. Hər kəs dediyi sözün məsuliyyətini dərk etməlidir.”

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə də saytımıza açıqlamasında bu məlumatdan tanış olduğunu və təəssüf hissi keçirdiyini bildirib:

"Təbii ki, söyüş söymək biabırçılıqdır. Bu adam özünə, ailəsinə rəva bilmədiyini başqasına niyə deməlidir ki…Jurnalist öz problemi ilə deyil, qazının ışığının problemi ilə deyil, cəmiyyətin problemi ilə bağlı müraciət edib. Ərziman Əliyevi mən qiyabi olaraq tanıyıram. Dediyim ki, kimsə nəyisə yaxınlarına, ailəsinə rəva bilmirsə, başqasına da rəva bilməməlidir. Bilavasitə bu hüquq adamıdır, generaldır. Belə adamların davranışları basqaları üçün nümunə olmalıdır. Mən bu hadisəni qətiyyətlə pisləyirəm.”

Digər deputat, Milli Məclisin Ailə Uşaq və Qadın məsələləri komitəsinin sədri Aqiyə Naxşıvanlı isə hadisəyə daha sərt reaksiya bildirib:

"Mən o adamı tanımıram, kimdir nədir nəçidir. Necə jurnalisti söyə bilər.Jurnalisti söyən adam haqda nə danışım. Düzdür bu haqda oxumamışam, amma jurnalistləri təhqir edibsə sərt danışaram, ona görə də bundan artıq nəsə demək istəmirəm.”"Mən o adamı tanımıram, kimdir nədir nəçidir. Necə jurnalisti söyə bilər.Jurnalisti söyən adam haqda nə danışım. Düzdür bu haqda oxumamışam, amma jurnalistləri təhqir edibsə sərt danışaram, ona görə də bundan artıq nəsə demək istəmirəm.”