Bakı şəhərində ölüm faktı qeydə alınıb.

Unikal.org-un azvision.az-a istinadən məlumatına görə, şəhərin mərkəzində, "28 Mall ticarət mərkəzinin yaxınlığında naməlum kişi meyiti tapılıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, 60-65 yaşlı kişi ürək çatışmazlığından dünyasını dəyişib. Onun meyiti morqa aparılıb. Hələlik kimliyi müəyyən edilməyib.