SON XƏBƏRLƏR
25 Sentyabr 2018
Mikroavtobusla yük avtomobili toqquşdu - ölən və yaralananlar var
DÜNYA 22:33 / 13.06.2018

Dağıstanın Qarabudaqkənd rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, mikroavtobus və yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-ü uşaqdır. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.