Rusiyanın məşhur rejissoru Stanislav Qovoruxin vəfat edib.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Viçeslav Volodin plenar iclas zamanı bildirib. O deyib ki, rejissor bu gün səhər saatlarında ağır və uzun xəstəlikdən sonra ölüb.

1936-cı ildə doğulmuş Rusiyanın xalq artisti Stanislav Qovoruxin "Vertikal, "Görüş yerini dəyişmək olmaz, "XX əsrin quldurları, "Kapitan Qrantın axtarışında kimi filmlərin rejissorudur. 2000-ci ildə o, prezidentliyə namizəd olub.