Rusiyada pensiya yaşı artırılıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev elan edib.

O bildirib ki, hökumət təqaüdə çıxmaq üçün yaş həddini tədricən artıracaq. Bu göstərici kişilər üçün 65, qadınlar üçün 63 yaşadək qaldırılacaq: "Bu prosesi 2019-cu ildən başlamaq təklif edilir. 2028-ci ildə pensiya yaşı kişilər üçün 65, 2034-cü ildə qadınlar üçün 63 yaşa çatacaq.

Qeyd edək ki, hazırda Rusiyada kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 55-dir.