Əfqanıstanın şimalında "Taliban" radikal hərəkatı yenidən fəallaşıb.

Unikal.org xəbər verir ki, Sari-Pul əyalətində radikal silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Məlumata görə, hücum nəticəsində 4 hərbçi həlak olub, 3 nəfər isə yaralanıb.

Qeyd olunur ki, tərəflər arasında atışma beş saata yaxın davam edib.

Təhlükəsizlik qüvvələri tərəfindən isə 7 silahlı məhv edilib, 9 nəfər yaranıb.