Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

Unikal.org-un "Anadoluya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.