Gürcüstanın Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadze qətlə yetirilib.

Unikal.org qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, ötən gecə baş verən insidentdə polis əməkdaşı soyuq silahla öldürülüb.

Qətli törədən şəxs artıq saxlanılıb.

Hazırda Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqı davam etdirir.