Yunanıstan baş naziri Aleksis Çipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qiyamçı əsgərlərlə bağlı söz vermədiyini açıqlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Aleksis Çipras bildirib ki, Ərdoğanla telefon danışığı zamanı məsələnin yanlış anlaşılması mümkündür:

"Qiyamçı əsgərlərin ekstradisiyası ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana söz verməmişəm.

Belə bir söz verə bilmərəm. Yunanıstan kimi bir ölkədə qüvvələr fərqini bilirəm. Əcnəbi dövlətin rəhbərinə məhkəmə qərarlarının proqnozlarını söyləyə bilmərəm. Mənim ona qarşı münasibətim birmənalıdır.