Litvada amerikalı hərbçi Azərbaycan vətəndaşları ilə dava edib.

Unikal.org report-a istinadən  verdiyi məlumata görə, insident Kaunas şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Məlumata görə, dava gecə saat 2 radələrində mülki geyimdə olan amerikalı hərbçi ilə iki azərbaycanlı arasında olub. İnsidentin iştirakçıları sərxoş vəziyyətdə olublar. Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.