Ağcəbədi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini Rəşad Səlimli tutulub.

Faktla bağlı araşdırma aparılır.