Hindistanın şərqindəki Bihar əyalətində dəhşətli hadisə baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hərəkətdə olan avtomobili dayandıran 6 nəfərdən ibarətə silahlı dəstə atanı döyərək ana və 14 yaşlı qıza təcavüz ediblər.

Hadisədən sonra həmin şəxslər saxlanılaraq nəzarətə alınıb.  2 şübhəlinin isə axtarıı davam etdirilir. 

Qeyd edək ki, Hindistanda qadınlara və uşaqlara qarşı cinsi təcavüz cinayətlərinə görə sanksiyalar artırılıb.

Ölkədə 2012-ci ildə universitet tələbəsi olmuş bir qızın təcavüzə məruz qalaraq həyatını itirməsi böyük təşviş yaratmışdı. Hökumətin reaksiyasından sonra cinayətkara 20 il həbs cəzası verilmişdi.