İngiltərədə hökuməti son illər getdikcə artan qısa geyimli qadınların ətəyinin altını çəkənlərə qarşı sərt addım atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu hərəkəti edənlər 2 ilə qədər həbs cəzası gözləyir və artıq qanunda da dəyişikliklər edilib.

İngiltərə ədiliyyə naziri Lucy Frazer məsələ ilə bağlı belə açıqlama verib: "Belə hərəkətlər qadınlara qarşı alçaldılmış bir hücumdur. Qadınlara qarşı bu cür hərəkət edənlərə qarşı artıq dözüm nümayiş etdirməyəcəyik. Bu cür əməllərə yol verən hər kəsi qanunla cəzalandıracağıq".