Bakıda narkotikə görə saxlanılan şəxsin yaşadığı Qax rayonundakı evində axtarış keçirilib.

Unikal.org DİN-in saytına istinadən məlumatına görə, narkotik vasitə ilə tutulmuş Həsən Səfərovun ətrafında Səbail RPİ və Qax RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Qax rayonu Ənvərçay kəndindəki torpaq sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu aşkar edilərək götürülüb.