İstanbulda keçirilən FETÖ əməliyyatında qruplaşmanın lideri Fətullah Gülənin qardaşı qızı Fatma Nur Gülən saxlanılıb.

Unkal.org xəbər verir ki, Fatma Nur Gülən polisə verdiyi ifadələr zamanı 100-ə yaxın FETÖ-çünün adını çəkib.

Gülən polisə ailə üzvləri barədə də bir sıra əhəmiyyətli məlumatlar verib. O, bu işlərə könüllü deyil, atasının məcbur etməsi ilə başladığını, ailə üzvləri ilə soyadına görə mübahisə etdiyini və o zamandan bura onlarla görüşmədiyini etiraf edib.